Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekoloji mühitə ziyan vurulması faktları ilə bağlı cinayət işləri başlanılıb

Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində növbəti  qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Bu barədə "Xalq qəzeti"nə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində meşə fonduna daxil olmayan,həmçinin Xaçmaz meşəbəyliyinin 5 və 10 saylı və  Oğuz meşəbəyliyinin 8a saylı dolayında meşə fonduna daxil olan ağacların və kolların qanunsuz kəsilməsi, həmin ərazinin qanunsuz şumlanması və əkilməsi, ümumilikdə 33 min manatdan çox məbləğdə ziyan dəyməsi faktları aşkar edilib.

Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.1 və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

13 Avqust 2022 11:08 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə