Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Təbiəti yaşıla boyayaq” adlı rəsm sərgisi keçirilib - FOTO

Xətai Sənət Mərkəzində Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatı, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında “Təbiəti yaşıla boyayaq” adlı rəsm sərgisi keçirilib.

"Xalq qəzeti" xəbər verir ki, sərginin rəsmi hissəsində Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Xətai Rayon Gənclər və İdman İdarəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən Elvin Orucov və aparıcı məsləhətçisi (gənclər sahəsi üzrə) Mamed Rzayev, sərgi iştirakçıları və valideyinlər iştirak ediblər.
Xətai Rayon Gənclər və İdman İdarəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən Elvin Orucov tədbir iştirakçılarına sərgi haqqında ətraflı məlumat verib.
Daha sonra çıxış edənlər Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov bu cür sərgilərin keçirilməsinin gənclərin ekologiya və ətraf mühitlə bağlı marifləndirilməsi, istedadlı və yaradıcı gənclərin aşkar edilməsi və dəstəklənməsi baxımından mühim əhəmiyyət kəsb etdiyini xüsusi olaraq vurğulayıblar.

Çıxışlardan sonra sərgiyə baxış keçirilib.
Tədbirin sonunda hər bir sərgi iştirakçısı diplomla mükafatlandırılıb.

13 Avqust 2022 10:47 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə