Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

18 yaşınadək əlilliyi olan şəxslər üçün “Reabilitasiya avtobusu” fəaliyyət göstərir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 18 yaşınadək əlilliyi olan şəxslər üçün “Reabilitasiya avtobusu” fəaliyyət göstərir.

Bu barədə "Xalq qəzeti"nə ƏƏSMN-in Mətbuat xidmətindən məlumat verilib.

Avtobus Sumqayıt şəhəri, Masazır qəsəbəsi, 20 Yanvar dairəsi, Koroğlu metrostansiyası istiqamətində əvvəlcədən təyin olunmuş gözləmə məntəqələrindən uşaqları götürərək Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.

Layihənin məqsədi Bakı və ətraf ərazilərdə yaşayan və nəqliyyat problemi olan əlilliyi olan uşaqların ambulator və icmaəsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaqdır.

Fəaliyyətə başladığı gündən 250-dən çox 18 yaşınadək əlilliyi olan şəxs avtobusdan istifadə edib.

13 Avqust 2022 10:30 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə