Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cüdoçumuz dünya çempionatının bürünc medalını qazanıb

Ekvadorun Quayaquil şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatı davam edir.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan cüdoçusu Elcan Hacıyev yarışda üçüncü yeri tutub. İdmançımız medal uğrunda qarşılaşmada qazaxıstanlı Maksim Merlana qalib gəlib.

Qeyd edək ki, 65 ölkədən 400-ə yaxın idmançının qatıldığı yarışda Azərbaycanı səkkiz idmançı təmsil edir. Cüdoçularımız baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi ilə çıxış edirlər.

13 Avqust 2022 09:22 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə