Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ilin birinci yarısında 165 ölkə ilə xarici ticarət əlaqələri saxlamışdır

Cari ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 165 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 113 ölkəyə məhsul ixrac olunmuş, 151 ölkədən idxal olunmuşdur.

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, la­kin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 25 milyard 885,6 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 19 milyard 528,6 milyon dollarını və ya 75,4 faizini ölkədən ixrac olunmuş məhsulların, 6 milyard 357,0 milyon dollarını (24,6 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 13 milyard 171,6 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2021-ci ilin yan­var-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 73,4 faiz, real ifadədə isə 8,1 faiz artmışdır. İxrac real ifadədə 14,4 faiz artmış, idxal isə 2,9 faiz azalmışdır. 2022-ci ilin yanvar-iyun aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 25,4 faiz, real ifadədə 12,4 faiz artaraq 1 milyard 457,6 milyon dollar təşkil etmişdir. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 36,7 faizi İtaliya, 11,7 faizi Türkiyə, 6,3 faizi Rusiya, 3,9 faizi Çin, 3,8 faizi İsrail, 3,6 faizi Hindistan, 2,9 faizi Birləşmiş Krallıq, 2,4 faizi Yunanıstan, 2,2 faizi Almani­ya, hər biri 1,8 faiz olmaqla Ukrayna və Gürcüstan, 1,7 faizi Portuqaliya, 1,5 faizi İspaniya, 1,4 faizi İsveçrə, hər biri 1,3 faiz olmaqla Çexiya, Tunis və Qazaxıstan, 1,1 faizi Tailand, 13,3 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.

İxracın 48,6 faizini İtaliyaya, 10,0 faizini Türkiyəyə, 5,1 faizini İsrailə, 4,4 faizini Hindistana, 3,3 faizini Birləşmiş Krallığa, 3,1 faizini Yunanıstana, 2,3 faizini Portuqaliyaya, hər biri 2,1 faiz olmaqla Rusiya və Gürcüstana, 1,9 faizini İspaniyaya, hər biri 1,8 faiz ol­maqla Tunis və Ukraynaya, hər biri 1,7 faiz olmaqla İsveçrə və Çexiyaya, 1,5 faizini Almaniyaya, 1,3 faizini Tailanda, 0,8 faizini Xorvatiyaya, hər biri 0,7 faiz olmaqla Rumıniya və İrlandiyaya, 5,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (29,4 faiz), Rusi­yaya (26,2 faiz), Gürcüstana (6,1 faiz), İsveçrəyə (5,8 faiz), ABŞ-a (3,9 faiz), İtaliyaya (2,6 faiz), Niderlanda (2,1 faiz), Hindistana (2,0 faiz), Qazaxıs­tana (1,6 faiz), Özbəkistana (1,4 faiz), Rumıniyaya (1,4 faiz), Braziliyaya (1,3 faiz), Belarusa (1,2 faiz), İsveçə (1,1 faiz), Ukraynaya (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,6 faizi Rusiya, 16,6 faizi Türkiyə, 14,8 faizi Çin, 4,8 faizi Qazaxıstan, 4,4 faizi Almaniya, 3,5 faizi İran, 2,7 faizi ABŞ, 2,3 faizi İtaliya, 2,1 faizi Ukrayna, 1,9 faizi Ya­poniya, hər biri 1,8 faiz olmaqla Kore­ya, Türkmənistan, Fransa və Birləşmiş Krallıq, 1,4 faizi Hindistan, hər biri 1,0 faiz olmaqla Özbəkistan, Belarus və İndoneziya, 16,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2022-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 2,2 faiz, tütün – 2,7 dəfə, çay – 95,0 faiz, mineral gübrələr – 3,8 dəfə, emal olunmamış alüminium – 90,2 faiz, qara metallardan çubuqlar – 47,4 faiz, sement klinkerləri – 22,5 faiz, qara metallardan borular – 7,3 faiz, bento­nit gili – 3,3 faiz artmış, təzə tərəvəz ixracı 8,6 faiz, kartof – 14,9 faiz, bitki yağları – 26,5 faiz, şəkər – 59,6 faiz, meyvə və tərəvəz şirələri – 16,8 faiz azalmışdır.

2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2022-ci ilin yanvar-iyun aylarında təzə meyvə idxalı 11,3 faiz, kərə yağı, digər süd yağları və pastaları – 31,8 faiz, polietilen – 82,1 faiz, sement – 52,3 faiz artmış, buğda idxalı isə 0,5 faiz, bitki yağları – 9,2 faiz, xam şəkər – 25,1 faiz, hesablama maşınları, blok və qurğuları – 22,7 faiz, yük avtomobilləri – 17,5 faiz, rezin şinlər – 7,8 faiz, məişət soyudu­cuları – 43,8 faiz azalmışdır.

Samirə ƏLIYEVA,

“Xalq qəzeti”

13 Avqust 2022 05:46 - İQTİSADİYYAT
İQTİSADİYYAT
3 Oktyabr 2022 | 11:42
Neft bahalaşıb
1 Oktyabr 2022 | 23:15
Həftəsonu neftin qiyməti
1 Oktyabr 2022 | 11:16
Azərbaycan nefti ucuzlaşıb
1 Oktyabr 2022 | 10:49
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə