Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvar-iyul aylarında 74 milyard 155 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur

2022-ci ilin yanvar-iyul aylarında ölkədə 74 milyard 155,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

Statistika Komitəsi bildirib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 9,9 faiz artmışdır.

ÜDM istehsalının 52,9 faizi sənaye, 7,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 faizi tikinti, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,3 faizi digər sahələrin payına düş­müş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 7375,9 manata bərabər olmuşdur.

Samirə ƏLIYEVA, “Xalq qəzeti”

13 Avqust 2022 05:03 - İQTİSADİYYAT
İQTİSADİYYAT
3 Oktyabr 2022 | 11:42
Neft bahalaşıb
1 Oktyabr 2022 | 23:15
Həftəsonu neftin qiyməti
1 Oktyabr 2022 | 11:16
Azərbaycan nefti ucuzlaşıb
1 Oktyabr 2022 | 10:49
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə