Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda xarici investisiya qoyuluşu üçün hər cür şərait var

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra önəmli layihələr icra olunub.

Respublikada xarici investiya qoyuluşu diqqət mərkəzində saxlanıl­maqla yanaşı, dövlət müəssisələrinə ayrılan sərmayələrin səmərəli istifadəsinə də nəzarət gücləndirilib. Belə ki, dövlət müəssisələrinin maliyyə sağlamlığını və dayanıq­lılığını yaxşılaşdırmaq, maliyyə resurslarının, habelə xarici borcların cəlb olunmasını səmərəli meyarlar əsasında idarə etmək məqsədi ilə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqi yaradılıb.

Bu, dövlət müəssisələrinin profisi­tinin artırılmasına, onların büdcədən asılılıqlarının azaldılmasına, azad ba­zar münasibətlərinin hərtərəfli inkişa­fına, özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafın sürətləndirilməsinə hesab­lanan mühüm bir qərardır. Başqa sözlə, Azərbaycan İnvestisiya Holdinqinin təsis olunması ilə ölkədə vahid idarəetmə modeli işə düşür və bununla da dövlət şirkətlərinin maliyyə durumlarının yaxşılaşdırıl­ması istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılır.

Xatırladaq ki, Azərbaycana xarici investisiya qoyuluşunu sürətləndirmək üçün digər bir sıra tədbirlər də həyata keçirilib. Belə ki, son illərdə investisiya mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi və gömrük islahatları davam etdirilib, onlayn vahid ixrac ərizəsi, “Yaşıl dəhliz”, elektron məhkəmə, elektron satınalma, tikintidə “bir pəncərə”, biznesə başlama, elektrik enerjisinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qey­diyyatı sahələrində mühüm layihələr gerçəkləşdirilib.

Azərbaycana investisiya qoyu­luşuna marağın getdikcə artması, həm də ölkəmizin siyasi cəhətdən sabit olması, milli, dini və irqi tole­rantlığı baxımından seçilməsi ilə bağlıdır. Bununla bərabər, respublika hökuməti tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində ölkədə güclü iqtisadi potensial mövcuddur. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regi­onda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapita­lının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr bu gün Av­ropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Beləliklə, son illərdə reallaşdırılan islahatlar, qeyri-neft-qaz sahələrinin, xüsusilə özəl təşəbbüslərin sürətli inkişafında xarici investisiyalar mü­hüm rol oynayıb. Təkcə 2011‒2021-ci illərdə ölkənin qeyri-neft-qaz iqtisa­diyyatına bütövlükdə 11,1 milyard ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb. Xarici investisi­yalar yüksək məhsuldar sahələrdə rəqabətli dəyər zəncirinin inkişafına və müasir infrastrukturun yaradılması­na yönəldilib.

Yuxarıda xatırlatdığımız kimi, xarici investorların fəal cəlbini əlverişli biznes mühiti və makroiqtisadi sabitlik şərtləndirib. Dövlət büdcəsi həm sosial rifahın dəstəklənməsində, həm də iqtisadi fəallıq üçün investisiyaların təmin olunmasında fəal olub.

Hazırda qlobal birbaşa investisi­yaların cəlbi üzrə rəqabət kəskinləşir. Bu investisiyalar sağlam və şəffaf biznes mühitinin mövcudluğunu, makroiqtisadi sabitlik və maliyyə sa­bitliyi tələb edir. Qeyd olunan şərtlər mövcud olmadığı halda, ölkəyə yüksək texnologiya və bilik gətirən birbaşa xarici investisiyaların axınına maneə yarana bilər. Təcrübə göstərir ki, sürətli inkişafın əsas drayveri olan birbaşa xarici investisiyalar ölkədə dayanıqlı yeni iş yerləri yaratmaq­la yanaşı, yüksəkkeyfiyyətli insan kapitalı formalaşdırmaq imkanına malikdir.

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”da qeyd edilir ki, qarşıdakı son 5 il ərzində qeyri-neft-qaz sektoruna birbaşa xarici investisiya cəlbi sürətlə təşviq ediləcək, dövlət mülkiyyətində olan aktivlərin özəl sektora transformasi­yası reallaşdırılacaq. Strateji sahələr istisna olmaqla, dövlətə məxsus olan hüquqi şəxslərin özəlləşdirilməsi və dövlət‒özəl tərəfdaşlıq mexanizmləri ilə iqtisadiyyatın maliyyələşdirilməsi həyata keçiriləcək. Bütün bunlarla yanaşı, dövlət investisiyalarının səmərəliliyi də artırılacaq, onun özəl investisiyaları stimullaşdırma potensi­alı yüksəldiləcək.

Respublikaya birbaşa xarici inves­tisiya cəlbini prioritet iqtisadi sahələrə yönəltmək üçün yeni mexanizmlər formalaşdırılacaq, investorlarla birba­şa dialoq mexanizmləri tətbiq oluna­caq. Beynəlxalq inkişaf institutlarının, xüsusilə özəl sektorun inkişafının maliyyələşməsi üzrə ixtisaslaşan institutların maliyyələşmə potensialın­dan optimal istifadə təmin ediləcək və nəticədə, qeyri-neft-qaz sektoru üzrə birbaşa xarici investisiyaların həcmi illik 10‒15 faiz artacaq.

Onu da qeyd edək ki, hazırda ölkəmizə birbaşa xarici investisiyala­rın təşviqi ilə bağlı strategiya hazır­lanır. Sənədin bu il qəbul edilməsi gözlənilir. Strategyada, eyni zaman­da, investisiya yatırılması nəzərdə tutulan sahələr də müəyyənləşdirilir.

V.BAYRAMOV,

“Xalq qəzeti”

13 Avqust 2022 04:51 - İQTİSADİYYAT
İQTİSADİYYAT
3 Oktyabr 2022 | 11:42
Neft bahalaşıb
1 Oktyabr 2022 | 23:15
Həftəsonu neftin qiyməti
1 Oktyabr 2022 | 11:16
Azərbaycan nefti ucuzlaşıb
1 Oktyabr 2022 | 10:49
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə