Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağsuda şəhid leytenantın ordeni ailəsinə təqdim edildi

“44 günlük İkinci Qarabağ müharibəsindəki şanlı Qələbədə xüsusi igidlik və şücaəti olmuş oğullarımızdan biri də Ağsu rayonunun Gəgəli kəndindən olan Xüsusi Təyinatlı Qüvvələrin leytenantı, şəhid Quluzadə Kamran Pərviz oğludur. O, beş medaldan sonda ordenə də layiq görülüb.” Bu fikirlər Ağsu Rayon İcra Hakimiyyətində təşkil olunmuş tədbirdə səsləndirildi. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırovla yanaşı, Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Fuad Təhməzov, SHXÇDX-nin Ağsu rayon şöbəsinin rəisi Aqşin Xancanov, Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik-leytenant Bəhruz Xalıqov və şəhidin ailə üzvləri iştirak edirdilər.

İcra hakimiyyətinin başçısı çıxış edərək bildirdi ki, bu gün ölkəmizdə ordu qurucu­luğuna xüsusi diqqət yetirilir. Bu sahədə görülən işlərin, həyata keçirilən tədbirlə`rin nəticəsidir ki, Vətən müharibəsi bizim böyük Qələbəmizlə başa çatdı.

Vurğulandı ki, bu Qələbədə xüsusi igidlik və şücaəti olmuş oğullarımızdan biri də Ağsu rayonunun Gəgəli kəndindən olan Xüsusi Təyinatlı Qüvvələrin leytenantı, şəhid Quluzadə Kamran Pərviz oğludur. O, ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunma­sına görə”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, qəhrəmanlıq nümunəsinə, həmçinin igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 iyun 2022-ci il tarixli sərəncamı ilə Kamran Quluzadə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Çıxışlardan sonra Vətən müharibəsi şəhidi Kamran Quluzadənin ordeni ailəsinə təqdim edildi.

Şəhidin valideynləri övladlarına verilən bu yüksək qiymətə, bütün şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

13 Avqust 2022 04:26 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə