Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC AÇIQ TENDER ELAN EDİR

Lot - 1. Bakı şəhəri, Balaxanı qəsəbəsində Bakı Şəhər İcra Hakimiyyəti tabeliyindəki təşkilatlar üçün təsərrüfat səhəsinin tikintisinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imza­lanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına malik olma­lıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini təqdim edə bilərlər (əlaqələndirici şəxs - Əhməd Məmmədov, 050-612-15-27) .

İştirak haqqı 2000 manatdır.

İştirak haqqı heç bir halda geri qay­tarılmır.

İddiaçılar iştirak haqqını aşağıda­kı hesaba köçürməlidirlər: Təşkilat- Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti.

Hh- AZ22I­BAZ38030019446253269215

VÖEN-1702563281

Kod- 805625

VÖEN- 9900001881

M/h- AZ­03NABZ01350100000000002944

SWİFT-IBAZAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşa­ğıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə ;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 90 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi qiymətlərin 1 fai­zi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən son­ra ən azı 120 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

- iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- dövlət satınalmaları müsabiqəsində iştirak etmiş oxşar işlərə aid son 3 ildə bağlanmış müqavilələrin surəti (təsdiqli formada);

- müəssisənin rəhbərinin məhkumluq haqqında arayışı (notarial təsdiqli);

- mikro, kiçik, orta və ya iri sahib­karlıq subyektinə aid olması barədə məlumat;

- tikinti işlərinin həyata keçirilməsi ilə bağlı müvafiq lisenziya.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı su­alları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Tender proseduru “Dövlət satınalma­ları haqqında” Azərbaycan Respublika­sının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 15 sent­yabr 2022-ci il saat 12.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə möhürlənmiş ikiqat zərfdə Bakı, Nəcəfqulu Rəfiyev küçəsi 17 nömrəli ünvana 23 sentyabr 2022-ci il saat 12.00-a qədər təqdim etməlidirlər.

İddiaçıların təklifləri 26 sentyabr 2022-ci il saat 12.00-da Bakı, Nəcəfqulu Rəfiyev küçəsi 17 nömrəli ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedu­runda iştirak edə bilərlər.

Tender komissiyası

 

13 Avqust 2022 02:07 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
28 Sentyabr 2022 | 00:05
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə