Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zelenski hərbi ekspertləri Ukraynanın müdafiə planlarını açıqlamamağa çağırıb

Ukrayna Silahlı Qüvvələrinin hücum planları ilə bağlı bəzi hərbi ekspertlərin ölkə mediasında və sosial şəbəkələrdə yerli-yersiz açıqlamaları ölkə rəhbərliyinin narazılığına səbəb olub.

Ukrayna Prezidenti Volodimir Zelenski hərbi ekspertləri müdafiə plan­larının təfərrüatlarını açıq­lamamağa çağırıb. UNIAN agentliyi xəbər verir ki, dövlət başçısı bu barədə xalqa müraciətində bildirib.

“Ümumi qayda sadədir: müharibə, şübhəsiz ki, boşboğazlıq və səs-küylü bəyanatlar vaxtı deyil. Müdafiə planlarımız haqqında nə qədər az təfərrüat versəniz, bu planların həyata keçirilməsi bir o qədər yaxşı olar”, – deyə dövlət başçısı bildirib. Prezident sonra bu sözləri əlavə edib: “Arxa­nızda səs-küylü başlıqlar buraxmaq istəyirsinizsə, bu başqa məsələ. Açığı, məsuliyyətsizlikdir. Əgər Ukraynanın qələbəsini istəyirsinizsə, bu başqa məsələ və dövlətimizin müdafiə və ya əks-hücumlarda nəyə hazırlaşdığı barədə deyilən hər sözə görə öz məsuliyyətinizi hiss etməlisiniz”.

Hazırda Ukraynanın şərqində və cənubunda ağır döyüşlər davam edir. Bu ara­da xəbər yayılıb ki, Xerson vilayətində Rusiya ordusunun silah anbarı məhv edilib. Bu barədə Cənub Operativ Ko­mandanlığı məlumat verib.

Xəbərdə deyilir ki, ötən sutka Ukrayna aviasiyası Xersonda 2 reyd keçirib. Nəticədə, Rusiyaya məxsus 2 silah anbarı və 4 zirehli texnika məhv edilib, 19 hərbçi zərərsizləşdirilib. Rusiya tərəfi, əksinə, son günlər Ukrayna Ordusunun daha çox canlı qüvvə və texnika itkisinə məruz qaldığını iddia edir.

M.HACIXANLI,

“Xalq qəzeti”

13 Avqust 2022 01:45 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
28 Sentyabr 2022 | 23:38
Kuba işıqsız qalıb
28 Sentyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə