Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Norveç Ukrayna hərbçilərinin Britaniyada keçirilən təlimlərinə qoşulacaq

Norveçin bir qrup əsgər və zabitinin Böyük Britaniyada Ukrayna hərbçiləri üçün genişmiqyaslı təlim proqramına qoşulacağı barədə məlumatlar yayılıb. “Euronews” agentliyi xəbər verib ki, bu barədə Norveçin müdafiə naziri Bern Aril Qram bildirib.

“Ukrayna qüvvələrinin əlavə təlim və təhsilə ciddi ehtiyacı var. Norveç Böyük Britaniyanın Ukrayna hərbçilərinin Böyük Britaniyada təlim keçməsi ilə bağlı təşəbbüsünə müsbət yanaşır. Biz də bəzi digər ölkələr kimi, təlimatçılarımızı ilkin əsgər hazırlığı üçün göndərəcəyik”, – deyə Qram bildirib. Məlum olduğu kimi, Norveç və Finlandi­ya NATO-ya üzv olmaq niyyətindədirlər.

Xatırladaq ki, Ukrayna hərbçilərinin Britaniyada təlim keçməsi proqramı iyunda Kiyevə səfəri zamanı Böyük Britaniyanın bu yaxınlarda istefa vermiş baş naziri Boris Conson tərəfindən Ukrayna Prezidenti Volodimir Zelenskiyə təklif edilib. B.Conson qeyd edib ki, Britaniya hərbçiləri hər 120 gündə 10 minə qədər Ukrayna əsgərinə təlim keçə bilər. Ukrayna hökuməti bu təklifi böyük məmnunluqla qəbul edib.

Bu məqamda qeyd etmək lazımdır ki, Böyük Britaniya Ukraynaya Rusiya hücumunu dəf etmək üçün dəfələrlə hərbi və maliyyə yardımları göstərib. Londonda hesab edirlər ki, Rusiya silahlı qüvvələri Ukrayna ərazisini tamamilə tərk etməyincə, iki ölkə arasında sülh danışıqları aparıla bilməz.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

13 Avqust 2022 01:35 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 00:02
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə