Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsveç Ukrayna üçün silah istehsal edə bilər

“Svt.se” portalının məlumatına görə, bunu İsveçin müdafiə naziri Peter Xultqvist Danimar­kanın paytaxtı Kopenhagendə keçirilən konf­ransda söyləyib.

Qeyd edək ki, Kopenhagendə keçirilən konfransda müdafiə nazirlərinin görüşü zamanı uzunmüddətli dəstəyin üç əsas istiqaməti müəyyən edilib. Bildirilib ki, Ukrayna hərbçilərinə təlim keçmək üçün 120 təlimatçı verən İsveç Uk­rayna üçün silah istehsal edə bilər.

Peter Xultqvist deyib: “Mən bunu istisna etmirəm, amma indidən danışmaq hələ tezdir. Biz hər üç tədbirdə müsbət şəkildə iştirak edirik, lakin sonda bunların hamısını necə bir araya gətirdiyimizi görürük”.

Xultqvistin sözlərinə görə, Slovakiya, Polşa və Çexiya artıq silah istehsalına kömək edə biləcəklərini bəyan ediblər.

“Söhbət Ukraynaya birbaşa çatdırıla bilən silahların istehsalı üçün müxtəlif ölkələrdəki istehsal xətlərindən istifadə etməkdən gedir”, – nazir deyib.

Xatırladaq ki, Kopenhagendə keçirilən konfransda Ukraynaya hərbi yardım üçün 1,5 milyard avro toplanıb.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

13 Avqust 2022 00:53 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə