Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici xəbərlər

Türkiyə

Ordu TOGAN-la təchiz olunub

Türkiyə ordusu ölkənin “Defence Technologies Engine­ering and Trade Inc” şirkəti tərəfindən hazırlanmış TOGAN kvadrokopterləri ilə təchiz olunub. Bildirilir ki, pilotsuz uçuş aparatı, təxminən, 1 metr diametrə malikdir və atəşin tənzimlənməsi, kəşfiyyat və müşahidə funksiyalarını yerinə yetirə bilir. O, 45 dəqiqə havada qala bilir və buraxılış yerindən 10 kilometrədək məsafəni qət edə bilir.

Məlumatı TRT yayıb.

İsveç

Okan Kale Ankaraya təhvil verilir

İsveç hökuməti Türkiyədə 3 banka qarşı fırıldaqçılıqda ittiham olunan Okan Kaleni Ankaraya ekstradisiya etməyə hazırlaşır. Məlumat üçün deyək ki, ona qarşı 2010–2011-ci illərdə ittiham qaldırılıb. İndiyədək o, ədalət mühakiməsindən yayınmaq üçün müxtəlif yollara əl atıb. Qeyd edilir ki, Okan Kaleni Türkiyədə 14 illik həbs cəzası gözləyir.

Xəbəri “Sammnytt” verib.

İtaliya

Qərbi Nil virusuna yoluxma artıb

İtaliyada son bir həftədə Qərbi Nil virusuna yoluxma 53 faiz artıb. İtaliya Ali Səhiyyə İnstitu­tunun (ISS) yay­dığı açıqlamaya görə, xəstəlik da­şıyıcılarının sayı ötən həftə 94-dən 144-ə yüksəlib. İndiyədək ölkə daxilində 10 nəfər bu virusdan dünyasını dəyişib.

Qeyd edək ki, Qərbi Nil virusuna yoluxma hallarına daha çox Afrika, Avropa, Yaxın Şərq, Şimali Amerika və Qərbi Asiya ölkələrində rast gəlinir. Virus insanlara ağca­qanadlar vasitəsilə yoluxur.

Məlumatı “Haber Global” yayıb.

Fransa

“Qalatasaray”, yoxsa “Mançester Yunayted”?

PSJ-nin futbolçusu Mauro İkardi karyerasını İngiltərənin “Mançester Yunayted” və ya Türkiyənin “Qalatasaray” klu­bunda davam etdirə bilər. Bildirilir ki, argentinalı hücumçu­nun agenti və həyat yoldaşı Vanda Nara artıq hər iki klubla danışıqlara başlayıb. Qeyd olunur ki, İstanbul təmsilçisi ilə onun arasında 3 dəfə görüş baş tutub. Forvardın transferi baş tutsa, o, Türkiyə klubunda icarə əsasında çıxış edəcək və maaşının bir hissəsi də PSJ tərəfindən ödəniləcək. Man­çester təmsilçisi ilə danışıqlarda isə İkardinin satınalma şərti olmaqla icarə əsasında transfer olunması müzakirə olunur.

Məlumatı “TyC Sports” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

13 Avqust 2022 00:42 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə