Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cari ilin ilk yeddi ayında qeyri-neft sektoru üzrə ixrac 24,2 faiz artıb

“İxrac icmalı”nın avqust sayında bildirilir ki, 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanın ümumi ixracı 22,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,7 milyard ABŞ dolları təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin ilk yeddi ayı ilə müqayisədə 24,2 faiz artıb.

2022-ci ilin yanvar-iyul ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz artaraq 376,9 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 3,6 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 99 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 28,1 faiz, pambıq lifi ixracı 5,4 faiz, çay ixracı isə 57,2 faiz artıb.

2022-ci ilin iyul ayı üzrə ixrac 4,1 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 17,2 faiz təşkil etməklə 224,6 milyon ABŞ dolları olub. 2022-ci ilin iyun ayı ərzində yeyinti məhsulları üzrə ixrac 43,7 faiz artaraq 61,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə 9,5 faiz artaraq 162,9 milyon ABŞ dolları təşkil edib.

“Xalq qəzeti”

13 Avqust 2022 01:21 - İQTİSADİYYAT
İQTİSADİYYAT
1 Oktyabr 2022 | 23:15
Həftəsonu neftin qiyməti
1 Oktyabr 2022 | 11:16
Azərbaycan nefti ucuzlaşıb
1 Oktyabr 2022 | 10:49
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə