Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Yeni Qarabağnamə–Qarabağ Azərbaycandır” adlı kitab Türkiyədə çap edilib

Hüquq üzrə fəlsəfə doktoru, Cahangir Hüseynov tarixi əsərlər müəllifi kimi tanınır. Son illər müəllifin işıq üzü görmüş əsərləri oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb. Cahangir Hüseynovun bir müddət əvvəl işıq üzü görən və geniş oxucu kütləsi qazanan Milli Məclisin üzvü, akademik Nizami Cəfərov, mərhum akademik Teymur Bünyadov və BDU-nun professoru İzzət Rüstəmovun elmi redaktorluğu ilə nəşr olunmuş  “Yeni Qarabağnamə-Qarabağ Azərbaycandır” adlı kitabına ölkədən kənarda da böyük maraq göstərilir. Kitab şanlı ordumuzun və Ali Baş Komandan İlham Əliyevin Qalibiyyət Zəfərinə həsr edilib. Xüsusilə, qardaş Türkiyədə Cahangir Hüseynovun müəllifi olduğu kitablar geniş oxucu kütləsi toplayıb. Elə bunun nəticəsidir ki, bir müddət əvvəl işıq üzü görən “Yeni Qarabağnamə-Qarabağ Azərbaycandır” adlı kitabı qardaş ölkədə Türk dilində çap edilib.

“Yeni Qarabağnamə-Qarabağ Azərbaycandır” kitabı Qarabağla bağlı bütün gerçəklikləri özündə əks etdirib. Əsərdə Birinci və İkinci Qarabağ müharibəsi ilə yanaşı, eyni zamanda, Qarabağın bütün tarixi, eramızdan əvvəldən tutmuş müasir dövrə qədər olan dövrü araşdırılıb.

Xatırladaq ki, Cahangir Hüseynov çoxsaylı əsərlərin müəllifidir. Onun “Mənim fikir və düşüncələrim”, “Azərbaycan Nadir Əfşar dövləti”, eləcə də xidməti-siyasi fəaliyyətinə dair 6-ya yaxın kitabı həm Bakıda, həm də İstanbulda nəşr olunub.

Ə.BƏDƏLOV,
“Xalq qəzeti”

12 Avqust 2022 15:08 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə