Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dendrologiya İnstitutunda Qüdrət narının Abşeron şəraitində introduksiyası və tibbi əhəmiyyəti öyrənilib - FOTO

Dendrologiya İnstitutunun tədqiqat sahəsində Türkiyədən gətirilən Qüdrət narının (Momordica charantia) növünün tədqiqat işi aparılır.

Bu barədə "Xalq qəzeti"nə AMEA-nın Mətbuat xidmətindən məlumat verilib.

Qüdrət narı (Momordica charantia) balqabaqkimilər fəsiləsinin momordik cinsinə aid bitki növüdür. Amazon, Asiya, Cənubi Amerika Hindistan, Şərqi Afrika və Karib dənizinin tropik ərazilərində böyüyür və ənənəvi olaraq həm qida, həm də dərman kimi istifadə olunur. Momordika cinsinə  20-yə qədər bir illik və çoxillik lianlar daxildir.

Qüdrət narı (Momordica charantia) birevli liandır, çiçəkləri bircinslidir yarpaq qoltuğunda tək-tək yerləşir. Çiçək tacı sarıdır 5 ləçəkdən ibarətdir. Meyvələri əvvəlcə yaşıl rəngdə olur, yetişmə fazasında parlaq sarı və ya narıncı rəngə boyanır. Meyvənin səthi kələ-kötürdür, qırışlar və ziyilciklərlə örtülüb. Yetişməmiş meyvənin ləti ağımtıl yaşıldır, şirəlidir çox acıdır. Toxumlar yastı yumurtaşəkillidir. Eni 4, uzunluğu 10 mm-dir.Yetişmiş toxumlar qırmızı qəhvəyi rəngdədir, ağımtıl lətlə əhatə olunub. Bu bitki tropik Asiyada geniş yayılmış tərəvəz bitkisidir. Meyvələri acıdır, yetişməmiş halda yığılır, acılığı kənar etmək üçün bir neçə saat duzlu suda saxlanılır.

Qüdrət narı (Momordica charantia) bitkinin şirəsi çiy halda zəhərlidir. Artirtin, revmatizmin, astmanın, bir sıra dəri xəstələliklərinin, şəkərli diabetin müalicəsində və qurdqovucu vasitə kimi istifadə olunur. Yetişməmiş meyvələrdə toxumlar qabaqcadan çıxarılır, çünki acıdır.Yetişmiş toxumlar şirindir və qidada istifadə oluna bilər. Qüdrət narının bir sıra faydalı xüsusiyyətləri var. Bitkinin tərkibində betta karotinin miqdarı brokol kələminə nisbətən 2 dəfə, kalsiumun miqdarı ispanağa nisbətən 2 dəfə, kailimun miqdarı banana nisbətən isə 2 dəfə çoxdur.

Sözügedən bitki güclü antidiabetik vasitədir. Bu onunla əlaqədardır ki, bitkinin tərkibindəki bioloji fəal maddələr olan, xarantinin və momordisin güclü hipoqlikemik effekt göstərməklə insulinin ifrazını və təsirini gücləndirir. 

Qüdrət narı bədən çəkisini azaldır metobolik sindromlarla mübarizəyə kömək edir. Həmçinin xarantinin və momordisin güclü antioqsidant xassəyə də malikdir, ona görə bu bitki qocalmaya qarşı çox yaxşı vasitədir.

Bitkinin tərkibində B1, B3, B9, C, A vitaminləri, çoxlu dəmir, sink və kalium var. Qanda xolesterinin miqdarını azaltmaqla ürək-damar xəstəlikləri riskini aşağı salır. Bu bitki güclü ödqovucu xassəyə malikdir qaraciyərin funksiyasını yaxşılaşdırır.

12 Avqust 2022 11:35 - ELM
ELM
2 Oktyabr 2022 | 00:19
Yüz illik örnək ömür

Köhnə versiyamızdan xəbərləri izlə