Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaponiyada yeni hökumətin tərkibi təsdiq olunub

Nazirlər Kabinetinin baş katibi Hirokadzu Matsuno mətbuat konfransında yeni hökumətin tərkibinə daxil olan nazirlərin siyahısını açıqlamışdır.

Hirokadzu Matsuno bildirib ki, Fumio Kisida hökumətində Yosimasa Hayasi xarici işlər naziri postunu qoruyub saxla­mışdır. Maliyyə naziri Syuniti Sudzuki, dövlət torpaq, inf­rastruktur, nəqliyyat və turizm naziri Tetsuo Sayto, həmçinin iqtisadiyyatın bərpası naziri Daysiro Yamaqiva da yeni kabinetdə vəzifələrini saxlamışlar.

Tokio Universitetinin professoru Kadzuto Sudzuki bildirib ki, Nazirlər Kabinetindəki dəyişikliklərdən sonra da ölkənin xarici siyasəti dəyişməyəcək. “Kyodo” agentliyi isə qeyd edib ki, Hayasinin öz vəzifəsini saxlaması, ilk növbədə, dünya­dakı qeyri-stabil vəziyyət və hazırkı şəraitdə xarici siyasət aparatını qoruyub saxlamaq səyləri ilə bağlıdır.

İqtisadiyat, ticarət və sənaye naziri vəzifəsinə Yasuto­si Nisumura təyin olunmuşdur. Bu nazirlik həm də iqtisadi sferada Rusiya ilə əməkdaşlığa və “yaşıl transformasiyaya” cavabdehdir. Nisumura hakim Liberal-Demokrat Partiya­sında iyulda qətlə yetirilmiş sabiq baş nazir Sindzo Abenin fraksiyasını təmsil edir.

Yaponiyanın müdafiə naziri vəzifəsini 66 yaşlı Yasukad­zu Hamada tutub. O, hakim Liberal-Demokrat Partiyasında müdafiə məsələləri üzrə ən yaşı mütəxəssis hesab olunur. Yasukadzu bu vəzifədə Sindzo Abenin kiçik qardaşı Nobuo Kisini əvəz edib.

Yaponiya Nazirlər Kabinetində əvvəllər müxtəlif nazir vəzifələrini tutmuş Taro Kano, Sanae Takaiti və Katsunobu Kato da yeni kabinetdə yer alıblar.

Qeyd edək ki, Fumio Kisida kabinetlə yanaşı, hakim partiyanın rəbərliyində də dəyişikliklər edib.

“Xalq qəzeti”

12 Avqust 2022 00:52 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə