Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsrail və Azərbaycan yüksək texnologiyalar sahəsində sıx əməkdaşlıq edəcək

 

İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib ki, İsrail yüksək texnologiyalar sahəsində Azərbaycanla əməkdaşlıqda böyük potensial görür.

Səfir deyib: “Azərbaycan İnvestisiya Şirkəti ilə İsrailin aparıcı qlobal kraudfanding platforması olan “OurCrowd” şirkəti arasında imzalanmış investisiya sazişi bir ilkdir. İdeya ondan ibarətdir ki, Azərbaycan İsraildə yüksək texnologiya şirkətlərinə sərmayə yatıracaq və bu, Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcək”.

Corc Dik qeyd edib ki, Azərbaycan İqti­sadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Şirkətinin təşəbbüsü ilə həyata keçirilən bu in­novativ layihə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə və texnologiya şirkətlərinə investisiyaların stimullaşdırılmasına kömək edəcək.

“Xalq qəzeti”

12 Avqust 2022 00:49 - SİYASƏT
SİYASƏT
1 Oktyabr 2022 | 12:08
Qalib xalqin xoşbəxt nəsli

Köhnə versiyamızdan xəbərləri izlə