Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət hər zaman öz əsgərinin yanındadır

Vətən uğrunda mübarizə aparanlar, bu yolda şəhidlik zirvəsinə ucalanlar, sağlamlığını itirənlər unudulmurlar. Onlar daim ehtiramla yad edilir, adları əbədiləşdirilir, yetişən gənc nəslə nümunə göstərilirlər. Axı onlar şərəfli bir yolda–torpaqlarımızın müdafiəsi zamanı canlarını qurban verib, yaxud sağ­lamlıqlarını itiriblər. Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu qəbildən olan insanların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət, həmçinin digər problemlərinin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edirlər. Möhtərəm Prezidentimiz şəhid ailələrinə və qazilərə davamlı diqqət və qayğını dövlət qu­rumları qarşısında prioritet vəzifə kimi qoyub. Bu gün bütün dövlət qurumları və ictimai təşkilatlar şəhid ailələrini, döyüşlərdə yaralananları və müharibə iş­tirakçılarını diqqətdə saxlayır, onlarla görüşlər keçirir, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə davamlı tədbirlər görürlər.

Prezident İlham Əliyevin həyata keçirdiyi so­sial siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun firavan yaşam tərzi dayanır. İki il öncə, koronavirus kabusu dünyanı lərzəyə saldığı vaxtda ölkəmizdə pandemiyaya qarşı ciddi mübarizə başlandı. İlk növbədə, əhalinin rifahı­nın yüksəldilməsi qarşıya bir vəzifə kimi qoyuldu və ölkəmiz ağır sınaqdan alnıaçıq, üzüağ çıxdı. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin sosial rifahının yüksəldilməsi, xüsusilə şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının diqqət mərkəzində saxlanılma­sı, onların həyat səviyyəsinin yüksəldilməsi, mənzillərlə, avtomobillərlə, işlə təmin olunmaları istiqamətində mühüm addımlar atılır.

Bəzi faktları diqqətə çatdırmaq istərdim. Prezident İlham Əliyevin göstərişi ilə postmüharibə dövründə icra olunan sosi­al dəstək paketi 100 min şəxsi əhatə edib, şəhidlərin ailə üzvləri və müharibə iştirakçı­larından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub, mənzil proqramı 5 dəfə genişləndirilib. Həmin kateqoriyadan olan insanlara 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Ümumilikdə isə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub. Eyni zamanda, 300 müharibə əlili mü­asir protezlərlə təmin edilib, 11 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub. Bütün bunlar bir daha təsdiqləyir ki, şəhid ailələrinə və qazilərə qayğı dövlətin prioritet fəaliyyət istiqamətidir.

1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlığını itirmiş döyüşçülərimizə birdəfəlik maddi yardı­mın verilməsi bu sahədə irəliyə doğru atılmış daha bir addımdır. Xatırladım ki, I dərəcə əlilliyi olanlara 8 min 800 manat, II dərəcə əlilliyə görə 6 600 manat, III dərəcə əlilliyə görə isə 4 min 400 manat birdəfəlik maddi yardım ödənilir.

Şəhid ailələrinə, qazilərə və müharibə vete­ranlarına yüksək səviyyədə diqqət göstərilməsi hər bir soydaşımızın ürəyincədir. Çünki məhz əsgər və zabitlərimizin yüksək döyüş ruhu və əzmkarlığı sayəsində dünyada əks-səda yara­dan tarixi Qələbə qazandıq.

Azərbaycan şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə dünya miqyasında nümunəvi dövlət sayıla bilər. Hər kəs əmin ola bilər ki, dövlət öz əsgərinin yanındadır və bundan sonra da yanında olacaq.

Səhər İSMAYILOVA,

politoloq

12 Avqust 2022 00:44 - SİYASƏT
SİYASƏT
1 Oktyabr 2022 | 12:08
Qalib xalqin xoşbəxt nəsli

Köhnə versiyamızdan xəbərləri izlə