Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağsuda şəhidin anım mərasimi keçirilib

Ölkənin hər yerində olduğu kimi Ağsuda da şəhid ailələri, qazilər və müharibə veteranları daim diqqət mərkəzindədir. 2014-cü il av­qustun 14-də şəhidlik zirvəsinə ucalmış – rayonun Padar kəndindən olan Fətəlizadə Rüfət Nazim oğlunun anım mərasimi də məhz həmin tədbirlər silsiləsinin davamı kimi qəbul edilirdi.

Mərd və cəsur ağsulu şəhidin növbəti anım günündə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilərin iştirakıyla Şəhidlər xiyabanı ziyarət edilib, bütün şəhidlərin ruhuna dualar oxunub, anım günü qeyd edilən şəhidin isə məzarı önünə gül dəstələri qoyulub.

Daha sonra Rövşən Bağırov şəhid Rüfət Fətəlizadənin göstərdiyi qəhrəmanlıq yolundan, onun igidliyindən və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən söhbət açıb. Rayon İcra Hakimiyyəti başçısı vurğulayıb ki, şəhid Fətəlizadə Rüfət Nazim oğlu 10 avqust 2014-cü ildə cəbhənin Tovuz rayonu istiqamətində düşmənin xain hücumunu dəf edərkən qəhrəmancasına şəhid olub və ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli me­dalı ilə təltif olunub.

Şəhidin atası N.Fətəlizadə öz çıxışında ölkə başçısı cənab İlham Əliyevə şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə dərin təşəkürrünü bildirib.

Tədbir şəhidin doğulduğu Padar kəndində ev muzeyini ziyarətlə da­vam etdirilib.

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

12 Avqust 2022 00:10 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə