Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çexiya NATO-nun şərq cinahına əlavə hərbi qüvvə göndərəcək

Çexiya Senatı Ukraynada baş verən son hadisələr fonunda alyansın müdafiə qabiliyyətini gücləndirmək üçün NATO-nun şərq cinahında yerləşən ölkələrə 1200 hərbçi göndərilməsini təsdiqləyib.

“Euronews” agentliyi Çexiya radiosuna istinadən xəbər verib ki, milli ordunun əsgər və zabitləri Baltikyanı ölkələr, Macarıstan, Polşa və Slovakiyada yerləşdiriləcək. Bundan əlavə, 20 hərbçi Çexiyanın Ukraynadakı diplomatik qurumlarının mühafizəsini təmin edəcək.

Qeyd etmək lazımdır ki, Rusiyanın Ukraynaya altı ay­dan çox davam edən hücu­mu NATO üzvlərini alyansın şərq cinahını gücləndirməyə sövq edib. Çexiyadan əvvəl ABŞ, Kanada, Böyük Britani­ya və başqa Qərb dövlətləri analoji addımlar atıblar.

Yeri gəlmişkən, bugünlərdə Böyük Britani­yanın Ukraynaya əlavə üç müasir M270 reaktiv yaylım atəş sistemi (YARS) və onlar üçün əhəmiyyətli sayda raket verəcəyi bəlli olub.

Bu xəbəri Böyük Brita­niyanın müdafiə naziri Ben Uolles təsdiq edib. O, qeyd edib ki, London artıq üç reaktiv yaylım atəş sistemi tədarük edib. Yeni partiyaya daha üç sistem daxil olacaq.

Kopenhagendə Ukrayna­ya yardımla bağlı beynəlxalq konfransda çıxış edən Britaniya Müdafiə Nazirliyi­nin rəhbəri vurğulayıb ki, bu dəqiq idarə olunan silahlar artıq Ukraynaya Rusiyanın sursat təchizatı və komanda mərkəzlərini hədəf almağa kömək edir.

Görünən budur ki, NATO Ukraynaya hərbi və texniki dəstəyini günbəgün artırır. Bu, təbii ki, təcavüzə ma­lik qalan tərəfin müdafiə qabiliyyətini yüksəldir.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

11 Avqust 2022 23:55 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə