Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çinin Tayvan yaxınlığındakı hərbi təlimləri başa çatıb

Çin ordusunun ABŞ Konqresinin Nümayəndələr Palatası sədrinin Tayvana səfərindən sonra başlayan hərbi təlimləri başa çatıb. “Reuters” agentliyi yazır ki, bu barədə Çinin Xalq Azadlıq Ordusunun Şərq Cinahı Komandanlığının sözçüsü Şi Yi mediaya açıqlamasında bildirib.

Onun sözlərinə görə, ötən həftə başlayan təlimlərdə Çin bütün tapşırıqları uğurla yerinə yetirib. Eyni zamanda, Çin Xalq Azadlıq Ordusu Tayvan boğazında mütəmadi olaraq patrul xidməti təşkil etməyi planlaşdırır. Şi Yi, həmçinin, deyib ki, Çinin hərəkətləri Tayvanla şərti demarkasiya xətti ətrafındakı vəziyyətə əsaslanacaq.

Digər tərəfdən, “Reuters” bildirib ki, bu il avqust ayıının 10-dan etibarən Tayvan limanlarına gedən ticarət gəmiləri əvvəlcədən plan­laşdırılan marşrutlar üzrə hərəkəti bərpa ediblər.

Xatırladaq ki, bu il avqus­tun 2-də göyərtəsində ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin başçılıq etdiyi nümayəndə heyətinin olduğu təyyarənin Tayvanın paytaxtı Taybeyə gəlməsi və burada Tayvan liderləri ilə rəsmi görüşlər keçirməsi böyük beynəlxalq qalmaqala səbəb olmuşdur. Bəzi ekspertlər hətta ABŞ-la Çin arasında silahlı münaqişənin başlaya biləcəyini istisna etmirdilər.

Çin Xalq Respublika­sı Tayvanı özünün ərazisi hesab edir və N.Pelosinin “qeyri-leqal və arzuolun­mayan gəlişi”nin öz ərazi bütövlüyünə hörmətsizlik kimi dəyərləndirir. Qeyd edək ki, ABŞ rəsmən Tayvanı Çinin ərazisi kimi tanısa da, hazır­da 23 milyon əhalisi və güclü iqtisadiyyatı olan bu ada dövlət ilə iqtisadi və hərbi əlaqələrini genişləndirməkdə davam edir.

M.HACIXANLI,

“Xalq qəzeti”

11 Avqust 2022 23:34 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə