Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Filippin Rusiya ilə helikopter sövdələşməsindən imtina edir

TASS informasiya agentliyi yazır ki, Filippin Rusiyadan 16 ədəd “Mi-17” helikopterlərinin alınması ilə bağlı müqaviləni ləğv etmək qərarına gəlib.

Mənbə qeyd edir ki, bu barədə Filippinin Milli Müdafiə Nazirliyinin nümayəndəsi Arsenio Andolonq bildirib.

Onun sözlərinə görə, ölkə bununla bağlı rəsmi Moskva ilə diplomatik dialoqa başlamağa hazırlaşır.

Xatırladaq ki, iyulun sonunda Filippinin keçmiş milli müdafiə naziri Delfin Lorenzana bildirib ki, ölkə hökuməti ABŞ-ın sanksiyalarından ehtiyat edərək Rusiya helikopterlərini almaqdan imtina etmək qərarına gəlib.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

12 Avqust 2022 00:57 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə