Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni Azərbaycan Partiyasınınİdarə Heyətinin iclası keçirilib

Avqustun 11-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında genişləndirilmiş iclası keçirilib. İclasda partiyanın Təftiş Komissiyasının, Veteranlar Şurasının, Gənclər Birliyinin və yerli təşkilatlarının sədrləri, YAP Mərkəzi Aparatının məsul əməkdaşları və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru iştirak ediblər.

İclasın müzakirəsinə Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı və partiyanın fəaliyyətinə dair cari məsələlər çıxarılıb.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının 30 il ərzində zəngin və şərəfli inkişaf yolu keçdiyi­ni, möhtəşəm nailiyyətlər qazandığını diqqətə çatdırıb. Yüksək nüfuza malik olan YAP-ın qalib xalqımızın Zəfər partiyası olduğunu və sıralarının ildən-ilə genişləndiyini bildirən Tahir Budaqov yubiley çərçivəsində həyata keçiriləcək tədbirlərin Heydər Əliyev irsinin, Prezident İlham Əliyevin siyasətinin, partiyanın 30 illik inkişaf yolunun öyrənilməsi və təbliği baxı­mından əhəmiyyətli olduğunu deyib.

YAP Sədrinin müavini partiyanın Tədbirlər Planında əks olunmuş məsələlərlə bağlı geniş məlumat verib.

Sonra YAP İdarə Heyətinin üzvləri Elmar Qasımov, Asif Əsgərov, Bay­ram Aslanov, Musa Quliyev və Hikmət Məmmədov Tədbirlər Planının yüksək səviyyədə hazırlandığını və partiyanın 30 illiyinin qeyd edilməsi ilə əlaqədar bütün zəruri məsələlərin nəzərə alın­dığını vurğulayıblar.

Tədbirlər Planı yekdilliklə təsdiq edilib.

Sonra iclasda digər məsələlərə baxılıb.

YAP İdarə Heyətinin üzvləri Tahir Mirkişili, Elmar Qasımov, Cavid Osmanov, Bahar Muradova, Ramiz Hüseynov, Elnur Sadıqov və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev cari məsələlərlə bağlı çıxış ediblər.

Müzakirəyə çıxarılan hər bir məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.

“Xalq qəzeti”

11 Avqust 2022 23:59 - SİYASƏT
SİYASƏT
1 Oktyabr 2022 | 12:08
Qalib xalqin xoşbəxt nəsli

Köhnə versiyamızdan xəbərləri izlə