Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekvadorda Müstəqillik Günü qeyd edilib

“Anadolu” agentliyinin yaydığı xəbərə görə, Cənubi Amerika ölkəsi olan Ekvadorda Müstəqillik Gününün 213-cü ildönümü qeyd edilib.

Bayram tədbirləri çərçivəsində paytaxt Kito şəhərindəki Müstəqillik Meydanında keçirilən hərbi paradda prezident Gilyermo Lasso, müdafiə naziri Luis Lara və kabinetin digər üzvləri iştirak ediblər.

Prezident Lasso paraddan əvvəl rütbəsi yüksələn gene­ralları təbrik edərək onalara medallarını təqdim edib.

Lasso buradakı çıxışında bu günün xüsusi məna da­şıdığını bildirərək deyib: “Ekvadorluların azadlığımız və müstəqilliyimiz üçün başlatdıqları bu müharibə bizim qəhrəmanlarımızı xatırlamaq üçün xüsusi bir gündür”.

Xatırladaq ki, General Antonio Xose de Sukrenin başçılıq etdiyi üsyançı qüvvələr, təxminən, 200 il əvvəl ölkənin qurtuluş savaşı kimi tanınan Piçinça döyüşündə ispan tərəfdarlarını məğlub edərək müstəqillik uğurunda müharibəni başlatmışdılar.

Rövşən ATAKİŞİYEV,

“Xalq qəzeti”

11 Avqust 2022 23:50 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə