Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bloomberg”: Rusiya dünya neft bazarında qələbə qazanıb

“Bloomberg” nəşrinin əməkdaşı Xaver Blas yazıb ki, Rusiyada neft hasilatı ilin əvvəlindəki səviyyəyə çatıb. İndi Rusiyada hər gün 10,8 milyon barel neft hasil edilir. İyul ayı isə Rusiya üçün dönüş ayı olub.

Qərbin Rusiya neft məhsullarına sanksiya tətbiq etməsindən sonra Mosk­va Rusiya neftini Asiya ölkələrinə böyük endirimlərlə satmağa başladı. Qərb düşünürdü ki, OPEC-lə Rusiya ara­sında müttəfiqlik pozulacaq. Lakin bu əksinə oldu. OPEC-lə Rusiya arasında müttəfiqlik daha da gücləndi. Rusiya neft məhsullarına tələbat artdı. Qərbin Rusiyaya qarşı yeni sanksiyaları Avropa dövlətlərini çətin seçim qarşısında qoydu. Hazırda Avropa ölkələrində enerji böhranı başlayıb. Əgər sanksiyalar genişlənərsə, Avropa dövlətləri kəskin enerji böhranı keçirməli olacaqlar.

Dünya bazarında isə neftin qiyməti belədir: Londonun “İCE”(“Inter Continental Exchange Futures” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 2,2 faiz artaraq bir bareli 97,38 dollar olub. “NYMEX” (“New York Mercantile Exchan­ge”) Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 0,35 faiz azalaraq bir bare­li 91,61, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 2,4 faiz azalaraq bir bareli 96,55 dollar olub.

Qəzənfər QASIMOV,

“Xalq qəzeti”

11 Avqust 2022 23:45 - İQTİSADİYYAT
İQTİSADİYYAT
1 Oktyabr 2022 | 23:15
Həftəsonu neftin qiyməti
1 Oktyabr 2022 | 11:16
Azərbaycan nefti ucuzlaşıb
1 Oktyabr 2022 | 10:49
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə