Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AİŞ və “Balxurma” MMC arasında investisiya müqaviləsi imzalanıb

“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) ilə “Balxurma” MMC arasında investisiya müqaviləsi imzalanıb.

Bu barədə "Xalq qəzeti"nə İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Müqaviləyə əsasən, AİŞ tərəfindən “Balxurma” MMC-yə meyvə qurutma xətti üzrə istehsal həcminin artırılması üçün 4 mln. manat investisiya yatırılması planlaşdırılır. Bu investisiya qoyuluşundan sonra müəssisənin istehsal gücünün illik 200 tondan 600 tona yüksəlməsi gözlənilir. Ümumi dəyəri 16 mln. manat olan layihədə AİŞ-in payı 25% təşkil edəcək ki, bunun əsasında orta hesabla, 100-dək yeni iş yerinin açılması nəzərdə tutulur.

Balakən rayonunda yerləşən, “Balkhoorma” brendi ilə tanınan Quru meyvələrin istehsalı zavodu 2016-cı ildən fəaliyyət göstərir. “Balxurma” MMC-yə məxsus zavod İtaliya, Koreya və Türkiyə istehsalı olan texniki avadanlıqlarla təchiz olunub. Müəssisənin nəzdində müasir standartlara cavab verən yuyulma, soyulma, soyutma və qablaşdırma kimi istehsal xətləri mövcuddur. İstehsal olunan məhsullar yerli bazarda satılmaqla yanaşı, “Made in Azerbaijan” brendi ilə Almaniya, Niderland, Litva, Belarus, Rusiya, Ukrayna, Malayziya, BƏƏ və Yaponiyaya ixrac olunur.

11 Avqust 2022 20:38 - İQTİSADİYYAT
İQTİSADİYYAT
1 Oktyabr 2022 | 23:15
Həftəsonu neftin qiyməti
1 Oktyabr 2022 | 11:16
Azərbaycan nefti ucuzlaşıb
1 Oktyabr 2022 | 10:49
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə