Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bəhreyn atleti Davit Fikadu Admasu V İslamiadada 10 min metr məsafəyə qaçış yarışlarının qalibi olub

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında kişi atletlər arasında 10 min metr məsafəyə qaçış yarışlarında qaliblər müəyyənləşib.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, Konya Atletika Arenasında keçirilən yarışda Bəhreyn təmsilçisi Davit Fikadu Admasu 28 dəqiqə 31 saniyəlik nəticə ilə birinci olub.

Uqanda atleti Adel Çebat yarışı ikinci, cibutili Guellen isə üçüncü pillədə başa vurub.

İndiyədək ümumilikdə 56 ölkədən yarısı – 28 ölkə medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması 13 medal qazanıb. Təmsilçilərimiz medallarını 4 növdə – güləş (3 qızıl, 2 gümüş, 1 bürünc), taekvondo (1 qızıl, 1 gümüş, 2 bürünc), atletika (1 qızıl, 1 gümüş) və idman gimnastikasında (1 gümüş) əldə ediblər.

11 Avqust 2022 19:58 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə