Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Elmi Kitabxana Böyük Muruq kənd orta məktəbinə kitablar təqdim edib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) kitab əldə etmək imkanı məhdud olan əhali qruplarına, eləcə də təhsil müəssisələrinin kitablarla təmin olunması və mütaliənin təbliği məqsədilə “Açıq kitabxana” layihəsini davam etdirir. Layihə çərçivəsində MEK-in nümayəndə heyətinin növbəti səfəri Qusar rayonunun Böyük Muruq kəndinə olub. MEK-in əməkdaşları – Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü və layihələrə nəzarət bölməsinin rəhbəri Habil Əliyev ucqar dağ kəndinin orta məktəbi ilə tanış olublar.

www.science.gov.az saytı yazır ki, görüş zamanı MEK-in “Açıq kitabxana” layihəsindən, Milli Rəqəmsal Yaddaş bazasından, “AXC-100” çərçivəsində həyata keçirilmiş silsilə tədbirlərdən danışılıb. Qeyd edilib ki, bir sıra qurumlar, o cümlədən Cocuq Mərcanlı kənd orta məktəbi, Şamaxı rayonunun məktəb kitabxanaları, Ədliyyə Nazirliyinin 11 saylı cəzaçəkmə müəssisəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyinin Ağdamdakı “N” saylı hərbi hissəsi və digər qurumlar “Açıq kitabxana” layihəsindən faydalanıblar.

Çıxışlardan sonra Azərbaycan və dünya ədəbiyyatına aid olan kitablar Böyük Muruq kənd orta məktəbinə təqdim edilib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

12 Dekabr 2018 17:41 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə