Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan millisinin Türkmənistan yığma komandası ilə yoldaşlıq oyunu ləğv olunub

Türkmənistan yığma komandası avqustun 10-dan 20-dək Bakıda təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində Azərbaycan millisi ilə avqustun 17-də və 19-da yoldaşlıq oyunları keçirməli idi.

 "Xalq qəzeti" Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, sənədləşmə prosesini vaxtında etmədiyinə və ölkəmizə giriş üçün viza ala bilmədiyinə görə, Türkmənistan millisinin Bakıya səfəri təxirə salınıb. Buna görə də, Azərbaycan millisinin bu rəqiblə keçirəcəyi oyunlar, eləcə də avqustun 9-dan 20-dək nəzərdə tutulan təlim-məşq toplanışı ləğv olunub.

11 Avqust 2022 16:12 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə