Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qadın şahmatçılarımız Ümumdünya Şahmat Olimpiadasında fərdi lövhələrdə medallara layiq görülüblər

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadasında turnir boyu layiqli mübarizə sərgiləyən Azərbaycanın qadın millisi fərdi lövhələrdə medallara layiq görülüblər.

 "Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, Xanım Balacayeva 9 partiyada 7 xal toplamaqla ikinci lövhədə bürünc, ehtiyat şahmatçımız Ülviyyə Fətəliyeva isə 8 oyunda 5 xal qazanmaqla fərdi nəticələrinə görə gümüş medala layiq görülüblər.

Qeyd edək ki, həm qadın, həm də kişilərdən ibarət milli komandalarımız olimpiadanı 16 xalla 7-ci sırada başa vurublar.

11 Avqust 2022 14:47 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə