Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Tələbələrin yay liderlik düşərgə”si yekunlaşıb

Şəki Olimpiya İdman Kompleksində  Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Tələbələrin yay liderlik düşərgə”si yekunlaşıb. 

Bu barədə "Xalq qəzeti"nə Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Düşərgə zamanı “Ünsiyyət bacarıqları”, “Vaxtın idarə edilməsi”, “Komanda quruculuğu və liderlik”, “Özünütəqdim etmə”, “TGT-in fəaliyyətinin təşkili” və s. mövzular üzrə təlimlər keçirilib. 

Düşərgə müddətində tələbələr Milli Məclisin üzvləri, Vətən Müharibəsinin iştirakçıları, gənclər təşkilatlarının rəhbərləri ilə görüşləri keçirilib. Tələbələr arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edilib, qalib komandalar kuboklar, medallar və hədiyyələrlə mükafatlandırılıblar.

Tələbələrin Kiş kəndində qədim alban kilsəsinə, “Gələrsən, görərsən” qalasına, Şəki Xan Sarayına, Yuxarı Karvansaraya ekskursiyalar təşkil edilib. 

Düşərgədə ali və orta ixtisas təhsili müəssisələrinin 100 fəal tələbəsi iştirak edib.

11 Avqust 2022 12:42 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə