Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı şəhəri üzrə təhsilverənlərin sertifikatlaşdırılması ərəfəsində ibtidai sinif müəllimləri ilə görüş keçirilib - FOTO

Bakı şəhəri üzrə təhsilverənlərin sertifikatlaşdırılması ərəfəsində ibtidai sinif müəllimləri ilə görüş keçirilib.

Təhsil İnstitutunun Mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, Bakı şəhəri A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə BŞTİ-yə tabe olan məktəblərin ibtidai sinif müəllimləri ilə görüş keçirilib.

Görüşün məqsədi sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini müəllimlərə izah etmək və onları narahat edən məqamlara aydınlıq gətirməkdir. Görüşdə müəllimlərə imtahanın məzmunu ilə bağlı məsələlər izah olunub, verilən suallar cavablandırılıb.

Görüşdə ARTİ-nin Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova, Bakı Avropa liseyinin ibtidai sinif müəllimləri Pərvinə Qədimova və Ülkər Mirzəyeva iştirak edib.

11 Avqust 2022 11:59 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə