Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazaxıstanın nümayəndə heyəti Milli Arxiv İdarəsində və Respublika Dövlət Arxivlərində olub - FOTO

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında bağlanmış 3 aprel 2017-ci il tarixli “Arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş"ə əsasən 10 avqust 2022-ci il tarixində Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi tabeliyində Arxiv İşi və Sənədlərin İdarə edilməsi Departamentinin Mərkəzi Dövlət Elm və Texnika Sənədləri Arxivinin direktoru Bayan Jumatayevanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində olub.

Bu barədə "Xalq qəzeti"nə İdarənin Mətbuat xidmətindən məlumat verilib.

Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovla keçirilən görüş zamanı Azərbaycan Respublikasının Dövlət Arxivləri ilə Qazaxıstan Respublikasının Dövlət Arxivləri arasında əməkdaşlıq perspektivləri, birgə layihələrin reallaşdırılması, təcrübə mübadiləsi məsələləri müzakirə olunub. Azərbaycan arxivləri ilə əlaqələrin qurulması, təcrübə mübadiləsi məsələlərinin həllinin hər iki ölkənin arxiv təşkilatlarının gələcək fəaliyyətinə müsbət təsir edəcəyini bildirən qonaqlar əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Daha sonra qonaqlar Respublika Dövlət Arxivlərində sənədlərin mühafizə şəraiti ilə, həmçinin  Qazaxıstan Respublikasının tarixi, siyasi-iqtisadi və mədəni həyatına aid olan sənədlərlə tanış olublar.

11 Avqust 2022 10:59 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə