Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənclərin innovasiya yay düşərgəsi interaktiv təlimlərlə davam edir - FOTO

Avqustun 8-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Mingəçevir şəhəri Kür Olimpiya İdman Tədris Mərkəzində ölkə üzrə gənc alim və mütəxəssislərin, müxtəlif ali təhsil müəssisələrin tələbələrinin iştirakı ilə gənclərin innovasiya düşərgəsinə start verilib.

Bu barədə "Xalq qəzeti"nə Azərbaycan Milli Elmlər Akademiyasının Mətbuat xidmətindən məlumat verilib.

Düşərgənin proqramına əsasən ilk gün rəsmi açılış mərasimi baş tutub. Daha sonra “Fövqəladə hallarda davranış qaydaları”, “İlk tibbi yardım” mövzusunda əyani-praktik təlimlər keçirilib, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün intelektual-əyləncəli oyunlar, idman yarışları və müsabiqələr təşkil olunub.

Növbəti gün isə gənclər üçün “Smart şəhər: Dörd əsas texnologiya”  və “Mexatronika və maşın öyrənməsi”, “Müxtəlif sahələrdə innovativ texnologiyaların tətbiqi”  kimi mövzularda təlim, seminar, eləcə də asudə vaxtın səmərəli təşkili məqsədi ilə elmi-əyləncəli, intelektual oyunlar, idman yarışları keçirilib.  

Avqustun 10-da “Smart şəhər: Dörd əsas texnologiya”  və “Mexatronika və machine learning” təlimləri davam etdirilib, qruplar üzrə bölünmüş komandalar tapşırıqları icra edib, “Elm və təhsildə innovativ texnologiyalar”, “Simulyasiya proqramları” mövzusunda mühazirə, praktiki məşğələ və elmi debatlar təşkil edilib.

Qeyd edək ki, təlimlər Yüksək Texnologiyalar Parkının, onun rezidenti olan “Troniq” MMC-nin, Gənc Alim və Mütəxəssislər Şurasının və Radiasiya Problemləri İnstitutunun mütəxəssisləri tərəfindən aparılıb.

Gənclərin innovasiya düşərgəsi qarşıdakı günlərdə “Robototexnika”, “Motivasiya və hədəf” və proqramda nəzərdə tutulan digər təlimlərlə davam edəcək. 

11 Avqust 2022 09:59 - ELM
ELM
2 Oktyabr 2022 | 00:19
Yüz illik örnək ömür

Köhnə versiyamızdan xəbərləri izlə