Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Coğrafiya İnstitutunda ölkəmizin regionlar üzrə iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri öyrənilir

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanda regional iqlim dəyişmələri və onun çayların rejiminə təsiri tədqiq olunur.

Bu barədə "Xalq qəzeti"nə Coğrafiya İnstitutundan məlumat verilib.

Tədqiqatlar zamanı Azərbaycanda regional iqlim dəyişmələrinin, xüsusən temperatur və yağıntı göstəricilərinin çoxillik normaya nisbətən müxtəlif regionlar, müxtəlif intervallar üzrə dəyişmə tendensiyası araşdırılıb. Regional iqlim dəyişmələrinin çayların su ehtiyatlarına təsiri öyrənilib, ölkə ərazisində çaylarda rejim dəyişkənliyinin baş verməsi, bununla bağlı çayların illik axımlarının, daşqın və gursulu dövrlərin davamiyyəti məsələləri araşdırılıb.

11 Avqust 2022 09:47 - ELM
ELM
2 Oktyabr 2022 | 00:19
Yüz illik örnək ömür

Köhnə versiyamızdan xəbərləri izlə