Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildiriblər ki, azad edilmiş ərazilərdə 42 abidə (30 abidə Şuşa üzrə) pasportlaşdırılıb.

Dövlət Xidməti qeyd edib ki, dəymiş zərərin qiymətləndirilməsi üçün abidələrin sənədləşdirilməsi xüsusi önəm daşıyır: “Pasportlaşdırma və 10 mühafizə zonası işğaldan azad edilmiş ərazilərdə yerləşən abidələri əhatə edir.

Azərbaycan Res­publikası Prezidentinin 2021-ci il 12 avqust tarixli 1422 nömrəli fərmanının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında” 2021-ci il 24 avqust tarixli 508s nömrəli Qərarının 3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin həyata keçirdiyi monitorinqlər zamanı top­lanılan məlumatlar daşın­maz tarix və mədəniyyət abidələri ilə bağlı müvafiq təsnifata uyğun olaraq Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə yerləşdirilib”.

11 Avqust 2022 00:52 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə