Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 293           Bakı şəhəri, 9 avqust 2022-ci il

“Elektron hökumət” portalına qoşul­malı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Elektron prokurorluq” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 3 mart tarixli 1621 nömrəli Fərmanının 7-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabine­ti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2014, № 5, maddə 547; 2015, № 8, maddə 974, № 11, maddə 1417; 2016, № 4, maddə 795, № 5, maddə 955, № 6, maddə 1192, № 9, maddə 1582, № 11, maddə 1938, № 12, maddə 2239; 2017, № 3, maddələr 473, 509, № 9, maddələr 1731, 1764; 2018, № 2, maddə 348, № 5, maddə 1117, № 6, maddələr 1359, 1361, № 9, maddələr 1911, 1931, № 11, maddə 2457; 2019, № 2, maddə 331, № 4, maddə 773, № 5, maddə 948; 2020, № 4, maddə 489; 2021, № 2, maddə 194) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”na aşağıdakı məzmunda 46-cı hissə əlavə edilsin:

46. Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə:

46.1.

“Elektron prokurorluq” informasiya sistemi

 

 

 

Əli ƏSƏDOV

 Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə