Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uğurlu nəticələr gözləyirik

İdman da bir siyasətdir, xalqlar arasında dostluq münasibətləri yaradır, əməkdaşlığı genişləndirir. Kütləvi idman işinin inkişafına rəhbərlik böyük siyasi əhəmiyyətə malik iş hesab olunur. Azərbaycan idman sahəsində həmişə yüksək nailiyyətlər qazanıb. Respublikamız hələ müstəqilliyini bərpa etməzdən əvvəl də dünya, Avropa və SSRİ birinciliklərində uğurla çıxış etmiş idmançılarımız mükafatlara layiq yerlər tutmuşlar. Bütövlükdə, idman sahəsi Azərbaycanda sürətlə inkişaf edir və bu gün də dünya miqyasında idman ölkəsi kimi tanınırıq.

1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) növbəti sessiyasında cənab İlham Əliyev MOK-un prezidenti seçildikdən idman sahəsində əsaslı dönüş yaradıldı. Həmin vaxtdan idmana və idmançılara göstərilən yüksək diqqət və qayğı özünü açıq şəkildə büruzə verib. İdmançılarımız Avropa, dünya, Olimpiya birinciliklərində mükafata layiq yerlər tutmağa, bayrağımızı qaldırmağa və dövlət him­nimizi səsləndirməyə nail olublar. Bütövlükdə, idman sahəsində əldə edilmiş nəticələr ürəkaçandır. Bu gün Azərbaycan dünyanın ən güclü idman ölkələrindən biridir.

Artıq Bakı ən mötəbər idman yarışlarına evsahibliyi edir. 2015 Avropa Oyunları tarixdə ilk dəfə keçirilən idman yarışıdır. Yarışlarda Avro­panın 50 ölkəsinin 10 min idmançısı mübarizə aparıb. 2017-ci ildə IV İslam Həmrəyliyi Oyun­ları yüksək səviyyədə keçirilib. Həmin yarışda 54 ölkə və 3000-dən çox atlet 21 idman növü üzrə mübarizə aparıb. Hazırda idmançılarımız Konyada V İslam Həmrəyliyi Oyunlarında öz qüvvələrini sınayırlar. İdmançılarımız ilk dəfədir ki, İslam Həmrəylik Oyunlarında qalib ölkəni təmsil edirlər. Təbii ki, yarışlara qalib ölkənin nümayandələri kimi çıxmaq idmançılarımız­da qürur hissi yaradır. Döyüş meydanlarında əldə edilmiş qələbə idman yarışlara da təsirini göstərəcək. Bu Oyunlar həm idman bayramı, həm də İslam həmrəyliyi kimi yadda qalacaq.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyev Konyada V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər. Dövlət başçımız idmançılarımızı daha da ruhlandıraraq beş il bundan qabaq Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın yüksək nəticə göstərərək komanda hesabında birinci yeri tutduğunu xatırladıb. Möhtərəm Prezidentimiz Bakıda keçirilən Oyunların İslam həmrəyliyinin daha da gücləndirilməsinə təkan verdiyini bildirib.

Dövlət başçımız bu yarışda da idman­çılarımızın Azərbaycanı ləyaqətlə təmsil edəcəklərinə, ölkəmizin idman bayrağı­nı yüksəklərə qaldıracaqlarına və Vətənə qələbələrlə qayıdacaqlarına əminliyini bildirib.

Yusif AĞAYEV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, dosent

 

11 Avqust 2022 01:20 -

Köhnə versiyamızdan xəbərləri izlə