Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İdman bütün dünyada sülh, sağlamlıq və gözəllik rəmzi hesab olunur

İdman bəşəriyyətin tarixində sülh, sağlamlıq və gözəllik rəmzi kimi qəbul olunur. Fikrimcə, bu kontekstdə hazırda Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının keçirilməsi mühüm əhəmiyyət kəsb edən bir hadisədir.

Hər birimiz biləndə ki, Konyada sözügedən tədbirin açılış mərasimində möhtərəm Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər, əlbəttə, buna çox sevindik. Axı, son illər dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizdə idmanın sürətli inkişafına böyük diqqət və qayğı göstərilir. Bu da öz bəhrəsini verir, Azərbaycan idmançıları ən mötəbər beynəlxalq yarışlarda bir-birindən parlaq uğurlar əldə edirlər.

Bu il avqustun 18-dək davam edəcək V İslam Həmrəylik Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. Azərbaycanı İslamiadada 281 idmançı təmsil edir. Onlar ağır atletika, atıcılıq, basketbol, cüdo, futbol, gimnastika, aero­bika, həndbol və başqa idman yarışlarında güclərini sınayırlar.

Bu gün planetin bir çox qaynar nöqtələrində ağır silahlı münaqişələr, zora­kılıqlar baş verir. Belə bir gərgin dönəmdə çağdaş dünya siyasətinin ən xarizmatik liderlərindən olan, xalqımızın yaxın dostu Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə İslam dövlətlərinin idmançılarının bir araya gəlməsi Azərbaycanımızın bütün vətənpərvər insanla­rını çox məmnun edir.

Qeyd etmək lazımdır ki, açılış mərasimi ərəfəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan idman­çıları ilə səmimi görüşüb söhbət ediblər, onla­ra uğurla diləyiblər. Bu görüş idmançılarımıza böyük mənəvi və psixoloji dəstək olubdur.

Mən zərrə qədər şübhə etmirəm ki, Azərbaycan idmançıları əvvəlki beynəlxalq idman yarışlarında olduğu kimi, bu nüfuz­lu yarışda da fəal iştirak edərək yüksək nəticələr əldə edəcəklər.

Tahir RZAYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

11 Avqust 2022 00:41 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə