Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə qaliblər ölkəsinə çevrilib

Azərbaycanın inkişaf strategiyasında xüsusi yer tutan istiqamətlərdən biri də idman sahəsidir. Dövlətimizin başçısı İlham Əliyevin hələ Olimpiya Komitəsinin prezidenti olduğu vaxtdan başlayan Azərbaycan idmanının yüksəlişi bu gün özünün zirvə dövrünü yaşayır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib ordumuzun Şuşada ucaltdığı mübarək üçrəngli bayraq idmançılarımız tərəfindən dünyanın müxtəlif mötəbər arenalarında ən yüksək zirvələrə qaldırılıb, himnimiz səsləndirilib. Tarixinin ən xoşbəxt günlərini yaşayan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə qaliblər ölkəsinə çevrilib.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Deputat bildirib ki, Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları da bu baxımdan idman tariximizə qızıl hərflərlə yazılacaq. Bu mötəbər idman tədbirinin açılışında iştirak etmək üçün Türkiyəyə işgüzar səfər edən Azərbaycan Prezidenti respublikamızı təmsil edən idman­çılarla görüşündə də vacib məsələrə toxunub. Dövlətimizin başçısı İslam Həmrəyliyi Oyun­larının Bakıdan sonra Konyada keçirilməsinin ölkəmizə əlavə güc verəcəyini qeyd edib.

Prezident İlham Əliyev idmançılarımı­zın özlərini qardaş Türkiyədə evdə olduğu kimi hiss edəcəklərinə əminliyini bildiərək, bu oyunların həm idman, həm də İslam həmrəyliyi baxımından bayram kimi yadda qalacağını da diqqətə çatdırıb.

Ölkə rəhbəri idmançılarımızın belə mötəbər bir yarışda qalib xalqın, müzəffər ölkənin nümayəndələri olduqlarını, bu oyun­larda iştirak etmələrinin qürurverici hadisəyə çevrilməsini, döyüş meydanında olduğu kimi, idman yarışlarında da qələbəmizin özünü tam əks etdirəcəyini vurğulayıb.

Şübhəsiz ki, hər zaman olduğu kimi, bu mötəbər yarışda da ənənəvi olaraq Azərbaycan bayrağı, idman şöhrətimiz yüksəklərdə olacaq. Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız geri çəkilmək kimi mənfi stereotipi dağıdaraq, qələbədən-qələbəyə dogru inamla, sürətlə gedir. Hər bir vətəndaşımız əmindir ki, idmançılarımız qardaş ölkədə keçirilən yarışda da böyük uğurlar əldə edəcəklər. Azərbaycanın İslam dünyasında siyasi-iqtisadi baxımdan tutduğu yüksək mövqe heç şübhəsiz ki, idman sahəsində də özünü göstərəcək.

Deputatın sözlərinə görə, Konyada keçirilən V İslam Həmrəylik Oyunlarında dövlət başçımızın iştirakı, həm də mühüm siyasi görüşlərlə yadda qaldı. Türkiyə Prezi­denti Rəcəb Tayyib Ərdoğanla görüş hər za­mankı kimi, iki qardaş ölkənin müttəfiqliyinin təntənəsinə çevrildi. Görüşün Qarabağda son əməliyyatlardan sonraya təsadüf etməsi isə xüsusilə diqqət çəkirdi. Görüşdə Qara­bağda gerçəkləşdirilən “Qisas” əməliyyatı və bölgədəki durum ayrıca müzakirə edilərək, Rəcəb Tayyib Ərdoğan tərəfindən Türkiyənin ölkəmizə dəstəyi bir daha ifadə olunub. Bununla da Qarabağ bölgəsi ilə bağlı və Ermənistanla münasibətlərdə Azərbaycan və Türkiyənin birgə mövqeyinin dəyişməzliyi təsdiqlənib.

Konyada dövlətimizin başçısının keçir­diyi görüşlərdə xüsusi diqqət çəkən hadisə Prezident İlham Əliyevin Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarını qəbul etməsi oldu. Bu görüş Azərbaycanın Türk dünyasında liderlik mövqeyi baxımdan mühüm əhəmiyyət kəsb edirdi.

Ərazi bütövlüyünü təmin etmiş və qlobal arenada yüksək mövqe qazanmış ölkəmiz artıq digər türk dövlətlərinə dəstək göstərmək gücündədir və son dövrdə aparılan bu siyasət Şimali Kipr lideri ilə görüşdə də ifadə olundu.

Konyada Azərbaycan Prezidentinin digər müsəlman dövlət başçıları ilə keçirdiyi görüşlərdə də ölkəmizlə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edildi.

Rəşad Mahmudov sonda Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarının həm idman, həm də diplomatik baxımdan ölkəmiz üçün əhəmiyyətli hadisəyə çevrildini bildirib.

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin bütün məqamlarda və istənilən im­kanda ölkəmizin yüksəlişinə yönəlik siyasəti bu tədbirdə də özünü aydın göstərdi. Əminik ki, bu prosesin ardınca idmançılarımız bizi uğurları ilə də sevindirəcəklər.

11 Avqust 2022 00:37 - SİYASƏT
SİYASƏT
1 Oktyabr 2022 | 12:08
Qalib xalqin xoşbəxt nəsli

Köhnə versiyamızdan xəbərləri izlə