Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağsuda şəhid İlkin Zülfüqarovun doğum günü qeyd edilib

Ağsuda Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən və bu yolda canından keçən qəhrəmanlardan biri olan şəhid Zülfüqarov İlkin Nurəddin oğlunun doğum günü qeyd edilib.

Əvvəlcə, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər Şəhidlər xiyabanını ziyarət edərək, şəhidin məzarı önünə gül dəstələri qoymuşlar və onun ruhuna dualar oxunmuşdur. Daha sonra Ağsu RİH-in dəstəyi ilə şəhərdə mərasim təşkil edilmişdir.

Tədbirdə çıxış edən RİH başçısı Rövşən Bağırov şəhid İlkin Zülfüqarovun həyat yolun­dan, göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuzun, qəhrəman oğulları­mızın böyük şücaət göstərərək torpaqlarımızı düşməndən azad etdiyini qeyd etmişdir.

Daha sonra mərasimdə iştirak edən şəhid ailələri öz çıxışlarında göstərilən diqqət və qayğıya görə Azərbaycan Res­publikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Zülfüqarov İlkin Nurəddin oğlu 8 avqust 1989-cu ildə Ağsu rayonunun Gursulu kəndində anadan olmuşdur. 2020-ci il 27 sentyabr tarixində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində gizir kimi Vətən müharibəsində döyüşlərə qatılmışdır. Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. 20.10.2020-ci ildə Ağsu Şəhidlər xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, həmin tarixli digər sərəncamı ilə “Vətən uğrunda” medalı, 24.12.2020-ci il sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, 24.06.2021-ci il tarixli sərəncamına görə isə “Füzulinin azad olunmasına görə medalı ilə təltif edilmişdir.

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

11 Avqust 2022 00:32 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
1 Oktyabr 2022 | 03:13
Zəfər tarixinin xronologiyası

Köhnə versiyamızdan xəbərləri izlə