Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Belarusun yüzdən çox məmuruna sanksiya tətbiq edib

ABŞ Belarus hakimiyyətinin yüzdən çox nümayəndəsinə viza məhdudiyyəti tətbiq edib. Bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib. Xəbəri “The Associated Press” agentliyi yayıb.

“Bu gün biz Belarus hakimiyyətinin 100 üzvünə, habelə onlarla əlaqəli şəxslərə demokratik təsisatları sarsıtmaqda, yaxud onlara zərər vurmaqda, eləcə də Belarusda demokratiyaya keçidə mane olmaqda iştiraka görə viza məhdudiyyəti tətbiq etdyimizi bildiririk”, – deyə Entoni Blinken vurğulayıb.

Xəbərdə sonra qeyd edilir ki, sanksiya siyahısına Belarus Prezidenti Ad­ministrasiyasının, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi, Mərkəzi Seçki Komissiyası, Baş Prokurorluq, İstintaq Komitəsi, Nəqliyyat Nazirliyi, Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə üzrə Baş İdarəsi və dövlətin başqa qurumlarının yüksək vəzifəli şəxsləri daxil edilib.

Xatırladaq ki, bu il fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan sonra ABŞ başda olmaqla əksər Qərb dövlətləri Rusiyaya və onun yaxın müttəfiqi hesab olunan Belarusa qarşı bir çox sərt sanksiyalar tətbiq etməyə başlayıb. Sanksiyalar əsasən hərbi, yüksək texnologiyalar, maliyyə və digər sferaları əhatə edir.

Rəsmi Moskva və Minsk sanksiyaların qərəzli və ədalətsiz olduğunu bildirir və bir qayda olaraq qarşı tərəflərə adekvat məhdudiyyətlər tətbiq etməklə cavab verirlər. Ekspertlər isə Ukraynada müharibə uzandıqca, Qərbin sanksiyalarının bundan sonra daha da genişlənəcəyini bildirirlər.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

11 Avqust 2022 01:17 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 00:02
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə