Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

NATO rəhbəri Rusiya ilə əməkdaşlığa son qoyulmasına görə təəssüflənir

NATO-nun baş katibi Yens Stoltenberq mediaya açıqlamasında bildirib ki, alyans ilə Rusiya arasında əməkdaşlığa son qoyulmasından təəssüflənir. Bu barədə “Euronews” agentliyi məlumat yayıb.

“NATO onilliklər ərzində Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışıb. Biz NATO–Rusiya Şurasını yaratdıq, Rusiya–NATO-nun təsis aktını razılaşdırdıq və bu ölkəni Avroatlantik məkanda təhlükəsizliyi gücləndirmək üçün birgə işləməyə dəvət etdik. Lakin Rusiya etimad və tərəfdaşlıq qurmaqdan, eləcə də daha sıx qarşılıqlı əməkdaşlıqdan imtina etdi. Mən bundan çox təəssüflənirəm”, – deyə o bildirib.

O əlavə edib ki, NATO riskləri idarə etmək və azalt­maq, eskalasiyanın qarşısını almaq və şəffaflığı artırmaq üçün Moskva ilə əlaqələri yenidən açmağa hazırdır. Y.Stoltenberqin sözlərinə görə, Rusiya Ukraynada hərbi əməliyyatları dayandıracağı təqdirdə münasibətlərdə dəyişiklik baş verə bilər.

Qeyd edək ki, Şimali Atlantika Alyansının rəhbərinin bu bəyanatı ilə bağlı rəsmi Moskva hələlik heç bir açıq­lama verməyib. Ekspertlər hesab edirlər ki, NATO–Ru­siya münasibətlərinin korlan­masının əsas səbəbi alyansın şərqə doğru genişlənmək cəhdləridir. Rusiya rəhbərliyi bunu ölkəsinin milli maraqları­na ciddi təhdid hesab edir və hər bir vasitə ilə bu prosesin qarşısını almağa çalışır. He­sab olunur ki, Rusiya–Ukray­na savaşı məhz bu səbəbdən başlanıb.

Hazırda dağıdıcı Rusiya– Ukrayna müharibəsi davam edir. Yeri gəlmişkən, NATO bu müharibədə öz əsgəri qüvvəsi ilə Ukrayna tərəfində vuruşmasa da, ona hər cür hərbi-texniki yardım göstərir. Bütün bunları nəzərə alaraq yaxın gələcəkdə NATO–Ru­siya münasibətlərinin normal­laşacağını iddia etmək çox çətindir.

M.HACIXANLI,

“Xalq qəzeti”

11 Avqust 2022 00:10 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 00:02
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə