Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Liviya ordusu birləşir

Liviya Prezident Şurasının sədri Məhəmməd əl- Mənfi hökumətin ölkənin şərq və qərb bölgələrindəki hərbi qüvvələri birləşdirməyə çalışdığını bildirib. Bu barədə BBC məlumat yayıb.

Bildirilir ki, Liviya Milli Birlik Hökumətinin Baş na­ziri Əbdülhəmid Dibeybə də parçalanmış ölkəni birlik və həmrəyliyə çağırıb.

Tobrukdakı parlament tərəfindən baş nazir elan edilmiş Fəthi Başağa Liviya ordusunun birləşməsinə və üzvlərinin inkişafını təmin edəcək və suve­renlik prinsipinə zəmanət verəcək şəkildə beynəlxalq təcrübədən istifadə etməyə yönəlmiş səyləri dəstəklədiyini açıqlayıb.

ABŞ-ın Liviyadakı səfiri Riçard Norland da Liviya­nı yenidən birləşdirmək üçün atılacaq addımları səbirsizliklə gözlədiyini deyib.

Fransanın Liviyadakı səfiri Karolin Horndal səfirliyin Twitter hesabından verdiyi açıqlamada ölkəsinin Liviya ordusunun birləşmə səylərinə dəstəyini ifadə edib.

Bundan əvvəl Liviya Milli Birlik Hökumətinin baş qərargah rəisi Məhəmməd əl-Xəddad qiyamçı general Xəlifə Haftara bağlı qüvvələrin baş qərargah rəisi Əbdürrazik ən-Nazuri ilə orduların birləşdirilməsi məsələsini müzakirə edib.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

11 Avqust 2022 00:15 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 00:02
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə