Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyada maksimal yoluxma

Rusiya Federal Operativ Qərargahının məlumatına görə, son sutka ərzində ölkədə 23 min 771 nəfər koro­navirus infeksiyasına yoluxub, 2666 nəfər xəstəxanaya yerləşdirilib, 14 min 552 nəfər müalicə olunaraq sağalıb, 56 nəfər vəfat edib.

Son 24 saat ərzində ən çox yoluxma paytaxt Moskvada (8868 nəfər), Sankt-Peterburq şəhərində (2894 nəfər), Moskva vilayətində (1524 nəfər) və Krasnodar vilayətində (775 nəfər) qeydə alınıb.

Operativ qərargahın məlumatına görə, pandemiya başlanandan indiyədək Rusiyada 18 milyon 770 min 657 nəfər COVID–19 virusuna yoluxub, 18 milyon 75 min 720 nəfər müalicə olunaraq sağalıb, 382 min 902 nəfər koronavirus infeksiyasının qurbanı olub.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

10 Avqust 2022 23:54 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 00:02
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə