Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kubada neft zavodunda yanğın nəzarət altına alınıb

Avqustun 5-də Kubada baş verən alov Karib dənizindəki ada dövlətinin əsas xam neft anbarının 40 faizini məhv edib. Bu barədə “milliyet.com.tr” məlumat yayıb.

Kubanın qərbində yerləşən Matanzas şəhərindəki sənaye zonasında yerləşən xam neft anbarını ildırım vur­ması nəticəsində başlayan yanğın 5 gün davam edən işlər nəticəsində nəzarət altına alınıb. Kuba Daxili İşlər Nazir­liyinin rəsmisi Rolando Vecino artıq yanğının tam nəzarət altına alındığını deyib. Səlahiyyətlilər 4 yanacaq çəninin yandığı hadisədə nə qədər yanacaq itkisi olduğunu açıqla­masa da, Matanzas körfəzində neftlə çirklənmənin olmadı­ğını bildiriblər. Bununla belə, yanğının yaratdığı güclü tüstü səbəbindən sakinlərə maska taxmaq və turşu yağışından çəkinmək barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, cümə günü gecə saatlarında yanacaq anbarında çənə ildırım düşməsi nəticəsində başlayan yanğın bazar günü digər hissələrə yayılıb və ümumilikdə 4 yanacaq çənində partlayış baş verib. Günlərlə davam edən yanğında bir yanğınsöndürən həlak olub, 120-dən çox insan yaralanıb.

Rövşən ATAKİŞİYEV,

“Xalq qəzeti”

11 Avqust 2022 00:00 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 00:02
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə