Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftdən nə xəbər?!

Dünya bazarında “qara qızıl”ın qiyməti “oynayır”. Londonun “İCE” (“ Inter Continental Exchange Futures”) Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti əvvəlcə 0,63 faiz artaraq bir bareli 97,37, sonra isə 0,42 faiz azalaraq 96,96 dollar olub.

“NYMEX” (“New York Mercantile Exchange”) Birja­sının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 0,42 faiz azalaraq bir bareli 90,12, Azərbaycanın “Azeri­Light” markalı neftinin qiyməti 0,2 faiz artaraq bir bareli 98,91 dollar olub.

Rusiyadan Mərkəzi Avropaya gedən “Drujba” neft kəməri Ukrayna tərəfindən bağlanıb. Səbəb isə Rusiya neft məhsullurına Qərbin sanksiya tətbiq etməsidir. Slovakiyanın sabiq baş naziri, Slovakiya parlamentində müxalifət lideri olan Robert Fiço sosial şəbəkədə videomüraciətində bil­dirib ki, Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq edir, nəticədə isə üçüncü dövlətlər , o cümlədən Slovakiya ziyan çəkir. Qərbin Rusiyaya qarşı sanksiyaları işləmir. Qərb sanksiya məsələsində ağıllı hərəkət etməlidir. Üçüncü dövlətlər ziyan çəkməməlidirlər.

Qeyd edək ki, “Drujba” neft kəmərinin şimal hissəsi Belarusdan keçərək Polşa və Almaniyaya gedir. Cənub hissəsi isə Ukraynadan keçərək Macarıstan və Slovakiyaya gedir.

Sabiq baş nazir Robert Fiço əlavə edib ki, Rusiya hətta neft kəmərlərinin avqust ayının pullarını da ödəyib. Rəsmi Kiyev isə kəməri bağlayıb.

Qəzənfər QASIMOV,

“Xalq qəzeti”

10 Avqust 2022 23:22 - İQTİSADİYYAT
İQTİSADİYYAT
30 Sentyabr 2022 | 15:46
Azərbaycan nefti bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə