Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici xəbərlər

Türkiyə

Antalyaya turist axını

Türkiyənin Antalya şəhərinə kütləvi turist axını davam edir. Bildirilir ki, sentyabr ayının 5-nə kimi Antalya­dakı bütün beşul­duzlu otellər bron edilib. Dünyanın ən əhəmiyyətli turizm mərkəzlərindən olan Antalyaya gündəlik girişlərin 80–90 min olduğu bildiri­lir. Qeyd edək ki, bunu 50-dən çox beşulduzlu və “delüks” oteldə turizm fəaliyyəti ilə bağlı araşdırma aparan turizm meneceri Receb Yavuz açıqlayıb.

Məlumatı “Anadolu” yayıb.

ABŞ

Şumaxerin bolidi satılır

“Formula 1” üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin 1998- ci ildə idarə etdiyi “Ferrari F-300” avtomobili ABŞ-ın Kaliforniya ştatında hərraca çıxarılıb. Bolidin qiyməti təxminən 6–8 milyon dol­lardır. Hərrac 18–20 avqust tarixlərində Monterey Konfrans Mərkəzində keçiriləcək.

Xəbəri “The Hill” verib.

Braziliya

Yoxsulların sayı artıb

Son illər inflyasiyanın davamlı şəkildə yüksəlməsi və koronavirus pandemiya­sından sonra əmək bazarının qeyri-kafi bərpası səbəbindən 2021-ci ildə Braziliyada yoxsulluq artıb. Ölkənin 22 iri şəhərində yox­sulların sayı 19,8 milyona çatıb. Bu statistika yoxsulların sayının meqapolislərin əhalisinin 23,7 faizinə çatmasını göstərir. Ötən il ölkədə yoxsulluğun ən yüksək olduğu bölgələr Manaus (41,8 faiz) və Grand Sao Luis (40,1 faiz) olub. Bu regionlarda adambaşına düşən gəlir ayda 30 dollardan bir qədər çoxdur.

Xəbəri “Bloomberg” verib.

Rusiya

“Telegram” cərimələnə bilər

“Telegram” sosial platforması Rusi­yada cərimə edilə bilər. Buna səbəb “Telegram”ın Ru­siyada ekstremist məlumatları və qeyri-etik məzmunlu videopaylaşımla­rı silməməsidir. Qeyd edilir ki, bu məsələ üzrə Moskva məhkəməsinin avqustun 16-na iclası təyin edilib. Həmin gün “Telegram”ın digər inzibati protokolu da nəzərdən keçiriləcək. Bu qanun pozuntusuna görə isə messencer ayrıca 4 milyon rubl cərimə edilə bilər. Belə olduğu halda sosial şəbəkə, ümumilikdə, 12 milyon rubl cərimə ödəməli olacaq.

Xəbəri “Ria.ru” verib.

Almaniya

“Leypsiq” heyətini gücləndirib

“Leypsiq” klubu heyətinə yeni futbolçu cəlb edib. Bildirilir ki, Bundesliqa təmsilçisi Londonun “Çelsi” klubundan ayrılan Almaniya millisinin futbolçusu Timo Verneri transfer edib. 26 yaşlı hücumçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb. O, “Leypsiq”də 11 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, futbolçu 2020-ci ildə 53 milyon avro qarşılığında məhz “Leypsiq”dən “Çelsi”yə transfer olub.

Məlumatı “Eurosport” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

10 Avqust 2022 23:40 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 00:02
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə