Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı sakinlərlə görüşüb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb.

Şəhər İcra hakimiyyətindən verilən məlumata görə, Yeni Gəncə yaşayış massivində keçirilən görüşdə Nizami İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, bələdiyyə sədrləri Qoşqar Məmmədov və Yaşar Abdullayev, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Açıq havada baş tutan görüşdə sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlərə aydınlıq gətirilib.

Müraciətlər arasında bir sıra küçə və döngələrin asfaltlanması, işlə təminat, əlilliyin müəyyən edilməsi, mənzil uçotuna alınma, maddi yardımın göstərilməsi və sair məsələlər üstünlük təşkil edib.

Görüş zamanı səsləndirilən problemlərin bir çoxu yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq qanunamüvafiq formada həlli üçün tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər mütəmadi olaraq keçirilir və şəhərin müxtəlif ərazilərində təşkil olunur.

10 Avqust 2022 21:30 - SİYASƏT
SİYASƏT
29 Sentyabr 2022 | 02:05
Qəza, yoxsa təxribat?

Köhnə versiyamızdan xəbərləri izlə